Quranın 32 nömrəli surəsi

As-Sajdah surəsi

Məkkə 30 ayə Juz 21
As-Sajdah

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

الٓمٓ ﴿١﴾

Əlif, Lam, Mim!

Təfsir əl-Müyəssər (ərəbcə)

تَنزِيلُ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ ﴿٢﴾

Kitabın (Qur’anın) aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۚ بَلْ هُوَ ٱلْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ ﴿٣﴾

Yoxsa (müşriklər): “(Muhəmməd) onu özündən uydurmuşdur!” – deyirlər. Xeyr, o səndən əvvəl peyğəmbər göndərilməmiş bir qövmü (Allahın əzabı ilə) qorxutmağın üçün Rəbbindən (nazil) olan bir haqdır. Bəlkə, doğru yola yönələlər!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِىٍّۢ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ ﴿٤﴾

Göyləri, yeri və onların arasındakıları altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan (ərşdə bərqərar olan) Allahdır. Sizin Ondan başqa heç bir haminiz və şəfaət (əzabı dəf) edəniniz yoxdur. Məgər öyüd-nəsihət qəbul etməyəcəksiniz?

Təfsir əl-Müyəssər (ərəbcə)

يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ ﴿٥﴾

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə (qiyamət günündə) Ona doğru (Allahın dərgahına) yüksələr.

Təfsir əl-Müyəssər (ərəbcə)

ذَٰلِكَ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ ﴿٦﴾

O, qeybi də, aşkarı da biləndir, yenilməz qüvvət sahibi, mərhəmət sahibidir!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِىٓ أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ ۖ وَبَدَأَ خَلْقَ ٱلْإِنسَٰنِ مِن طِينٍۢ ﴿٧﴾

O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ جَعَلَ نَسْلَهُۥ مِن سُلَٰلَةٍۢ مِّن مَّآءٍۢ مَّهِينٍۢ ﴿٨﴾

Sonra onun nəslini nütfədən – bir qətrə zəif (dəyərsiz) sudan əmələ gətirdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿٩﴾

Sonra onu düzəldib insan şəklinə saldı və ona öz ruhundan (özünün yaratdığı ruhdan) üfürdü (həyat verdi). O sizə göz, qulaq və ürək verdi. Siz (bu ne’mətlərə) az şükür edirsiniz!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَقَالُوٓا۟ أَءِذَا ضَلَلْنَا فِى ٱلْأَرْضِ أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍۭ ۚ بَلْ هُم بِلِقَآءِ رَبِّهِمْ كَٰفِرُونَ ﴿١٠﴾

(Axirətə inanmayanlar) dedilər: “Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacağıq?” Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını (qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını) inkar edən kəslərdir!

Təfsir əl-Müyəssər (ərəbcə)

۞ قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ ﴿١١﴾

(Ya Rəsulum!) De: “Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَٰلِحًا إِنَّا مُوقِنُونَ ﴿١٢﴾

(Ya Rəsulum!) Kaş günahları öz Rəbbinin hüzurunda (günahlarından utanaraq) başlarını aşağı dikib: “Ey Rəbbimiz! (Dünyada yalan hesab etdiyimiz qiyaməti və onun əzabını) gördük, (peyğəmbərlərin doğru dediklərini, haqq olduqlarını Səndən) eşitdik. İndi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz (Sənin vəhdaniyyətinə) tam yəqinliklə inandıq!” – deyəndə görəydin!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَوْ شِئْنَا لَءَاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿١٣﴾

Əgər Biz istəsəydik, hər kəsi doğru yola salardıq (imana müvəffəq edərdik). Lakin Mən: “Cəhənnəmi mütləq bütün (günahkar) cinlər və insanlarla dolduracağam!” sözünü gerçək olaraq demişəm! (Bizim bu hökmümüz labüddür. Bu sözün, bu hökmün doğruluğunu sübut etmək üçün əzəldən günahkar, kafir, yaxud müşrik olacağını bildiyimiz şəxsi doğru yola salmadıq. Çünki həmin şəxs Bizim ona bəxş etdiyimiz ağılla yaxşını pisdən ayırıb doğru yolu özü tutmalı idi. Dində heç bir məcburiyyət yoxdur!)

Təfsir əl-Müyəssər (ərəbcə)

فَذُوقُوا۟ بِمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَآ إِنَّا نَسِينَٰكُمْ ۖ وَذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿١٤﴾

(Kafirlər Cəhənnəmə girdikdə Allah onlara belə buyurar:) “Bu günə yetişəcəyinizi unutduğunuza görə indi dadın (əzabı)! Biz də sizi unutduq. (Cəhənnəmdə köməksiz buraxdır). Etdiyiniz əməllərin cəzası olaraq dadın əbədi əzabı!”

Təfsir əl-Müyəssər (ərəbcə)

32:15 Səcdə ayəsi

إِنَّمَا يُؤْمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدًۭا وَسَبَّحُوا۟ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩ ﴿١٥﴾

Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.

Təfsir əl-Müyəssər (ərəbcə)

تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ ٱلْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًۭا وَطَمَعًۭا وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ﴿١٦﴾

Onlar ibadət üçün yataqlarından qalxar (gecələr az yatar), qorxu və ümid içində (Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək) Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən (ehtiyacı olanlara) sərf edərlər.

Təfsir əl-Müyəssər (ərəbcə)

فَلَا تَعْلَمُ نَفْسٌۭ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍۢ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٧﴾

Etdikləri əməllərin mükafatı olaraq (Allah dərgahında) onlar (mö’minlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür ne’mətlər gizlənib saxlandığını heç kəs bilməz!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَفَمَن كَانَ مُؤْمِنًۭا كَمَن كَانَ فَاسِقًۭا ۚ لَّا يَسْتَوُۥنَ ﴿١٨﴾

Məgər mö’min kimsə ilə (Allahın itaətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə, onlar eyni ola bilməzlər!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ جَنَّٰتُ ٱلْمَأْوَىٰ نُزُلًۢا بِمَا كَانُوا۟ يَعْمَلُونَ ﴿١٩﴾

İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qonaq qalacaqları (sakin olacaqları) Mə’va cənnətləri gözləyir. (Onlar orada Allahın əbədi qonaqları olacaqlar).

Təfsir əl-Müyəssər (ərəbcə)

وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿٢٠﴾

Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلْعَذَابِ ٱلْأَدْنَىٰ دُونَ ٱلْعَذَابِ ٱلْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ ﴿٢١﴾

Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعْرَضَ عَنْهَآ ۚ إِنَّا مِنَ ٱلْمُجْرِمِينَ مُنتَقِمُونَ ﴿٢٢﴾

Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz, şübhəsiz ki, onlardan intiqam alacağıq!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَلَا تَكُن فِى مِرْيَةٍۢ مِّن لِّقَآئِهِۦ ۖ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ ﴿٢٣﴾

Biz Musaya kitab (Tövrat) vermişdik. (Ya Rəsulum!) Sən onunla (Musa ilə) görüşəcəyinə şübhə etmə. (Peyğəmbər əleyhissəlam me’rac gecəsi Musa ilə görüşüb danışmışdı). Biz onu (Tövratı, yaxud Musanı) İsrail oğullarına doğru yol göstərən bir rəhbər etmişdik.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا۟ ۖ وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يُوقِنُونَ ﴿٢٤﴾

(Çətinliklərə) səbr etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər tə’yin etmişdik.

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ ﴿٢٥﴾

(Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin onların (mö’minlərlə kafirlərin) arasında qiyamət günü ixtilafda olduqları (dini) məsələlər barədə hökm verəcəkdir!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ ۖ أَفَلَا يَسْمَعُونَ ﴿٢٦﴾

Məgər onlar indi yurdlarında gəzib-dolaşdıqları özlərindən əvvəlki neçə-neçə nəsilləri (peyğəmbərlərini yalançı saydıqlarından ötrü) məhv etdiyimizi görmürlərmi? Həqiqətən, bunda (Məkkə müşrikləri üçün) ibrətlər vardır. Məgər (haqqa) qulaq asmayacaqlar?

Təfsir əl-Müyəssər (ərəbcə)

أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًۭا تَأْكُلُ مِنْهُ أَنْعَٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ ﴿٢٧﴾

Məgər görmürlərmi ki, Biz quru yerə su göndərib onunla heyvanlarının və özlərinin yedikləri əkinlər (bitkilər, meyvələr) yetişdiririk? Məgər (bütün bunları öz gözləri ilə) görmürlər?

Təfsir əl-Müyəssər (ərəbcə)

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْفَتْحُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿٢٨﴾

Onlar: “Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu fəth (Məkkənin fəthi, Bədr vuruşu, yaxud qiyamət günü) nə vaxt olacaqdır? – deyə soruşarlar.

Təfsir əl-Müyəssər (ərəbcə)

قُلْ يَوْمَ ٱلْفَتْحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِيمَٰنُهُمْ وَلَا هُمْ يُنظَرُونَ ﴿٢٩﴾

(Ya Rəsulum!) De: “Fəth günü kafirlərlə (sonrakı) imanı heç bir fayda verməz və onlara (tövbə etmək üçün) möhlət də verilməz!”

Təfsir əl-Müyəssər (ərəbcə)

فَأَعْرِضْ عَنْهُمْ وَٱنتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ ﴿٣٠﴾

(Ya Rəsulum!) Artıq onlardan üz çevir və (Allahın onlara əzab verəcəyi günü) gözlə. Doğrusu, onlar da (sənin ölümünü, başına bir iş gələcəyini və ya sənə qələbə çalacaqlarını) gözləyirlər! (Lakin onlar sənə heç bir şey edə bilməzlər. Sən mütləq zəfər çalacaqsan, çünki Allah səninlədir!)

Təfsir əl-Müyəssər (ərəbcə)

As-Sajdah 30 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

As-Sajdah surəsi haqqında

As-Sajdah (السجدة) surəsi Quranın 32 nömrəli surəsidir. O, 30 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 21. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan السجدة surənin ərəbcə tanındığı addır.

As-Sajdah surəsi haqqında suallar

As-Sajdah surəsində neçə ayə var?

As-Sajdah surəsində 30 ayə var.

As-Sajdah surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

As-Sajdah surəsi hansı Juz-dadır?

As-Sajdah surəsi Juz 21 içindədir.

As-Sajdah surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources