Quranın 102 nömrəli surəsi

At-Takathur surəsi

Məkkə 8 ayə Juz 30
At-Takathur

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

أَلْهَىٰكُمُ ٱلتَّكَاثُرُ ﴿١﴾

(Ey qafil insanlar!) Çoxluq (mal-dövlət, oğul-uşaq və qohum-əqraba çoxluğu) ilə öyünmək sizi o qədər şirnikləndirdi (başınızı o qədər qatdı) ki,

Təfsir əl-Müyəssər (ərəbcə)

حَتَّىٰ زُرْتُمُ ٱلْمَقَابِرَ ﴿٢﴾

Hətta (məzarlarda yatan ölülərinizi sayıb, onların da çoxluğu ilə fəxr etməyiniz üçün) qəbirləri ziyarət etdiniz. [Və ya (axirətiniz üçün əsla çalışmadan) ölüb getdiniz (ölənə qədər bu halınızda davam etdiniz)].

Təfsir əl-Müyəssər (ərəbcə)

كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٣﴾

Xeyr! (Belə yaramaz!). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ كَلَّا سَوْفَ تَعْلَمُونَ ﴿٤﴾

Xeyr, xeyr! (Belə yaramaz). Siz (öləndən sonra bu yaramaz əməllərinizin aqibətini) mütləq biləcəksiniz!

Təfsir əl-Müyəssər (ərəbcə)

كَلَّا لَوْ تَعْلَمُونَ عِلْمَ ٱلْيَقِينِ ﴿٥﴾

Xeyr, əgər (qiyamət günü sizə nə ediləcəyini) tam yəqinliklə bilsəydiniz (fani dünya malına uymazdınız)!

Təfsir əl-Müyəssər (ərəbcə)

لَتَرَوُنَّ ٱلْجَحِيمَ ﴿٦﴾

(Ey müşriklər! Qiyamət günü) siz o Cəhənnəmi mütləq görəcəksiniz!

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ لَتَرَوُنَّهَا عَيْنَ ٱلْيَقِينِ ﴿٧﴾

Bəli, siz (Cəhənnəmə vasil olduqdan sonra) onu mütləq öz gözünüzlə görəcəksiniz!

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ لَتُسْـَٔلُنَّ يَوْمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ﴿٨﴾

Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) ne’mətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!

Təfsir əl-Müyəssər (ərəbcə)

At-Takathur 8 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

At-Takathur surəsi haqqında

At-Takathur (التكاثر) surəsi Quranın 102 nömrəli surəsidir. O, 8 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan التكاثر surənin ərəbcə tanındığı addır.

At-Takathur surəsi haqqında suallar

At-Takathur surəsində neçə ayə var?

At-Takathur surəsində 8 ayə var.

At-Takathur surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

At-Takathur surəsi hansı Juz-dadır?

At-Takathur surəsi Juz 30 içindədir.

At-Takathur surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources