Quranın 86 nömrəli surəsi

At-Tariq surəsi

Məkkə 17 ayə Juz 30
At-Tariq

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلسَّمَآءِ وَٱلطَّارِقِ ﴿١﴾

And olsun göyə və gecə gələnə! (Gecə peyda olub gündüz qeyb olana!)

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَآ أَدْرَىٰكَ مَا ٱلطَّارِقُ ﴿٢﴾

(Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, gecə gələn nədir?!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلنَّجْمُ ٱلثَّاقِبُ ﴿٣﴾

(O, zülməti yaran) parlaq ulduzdur!

Təfsir əl-Müyəssər (ərəbcə)

إِن كُلُّ نَفْسٍۢ لَّمَّا عَلَيْهَا حَافِظٌۭ ﴿٤﴾

Elə bir kimsə yoxdur ki, onun üstündə bir gözətçi (mələk) olmasın!

Təfsir əl-Müyəssər (ərəbcə)

فَلْيَنظُرِ ٱلْإِنسَٰنُ مِمَّ خُلِقَ ﴿٥﴾

Elə isə insan nədən yaradıldığına (bəsirət gözü ilə) bir baxsın!

Təfsir əl-Müyəssər (ərəbcə)

خُلِقَ مِن مَّآءٍۢ دَافِقٍۢ ﴿٦﴾

O, axıb tökülən bir sudan (nütfədən) yaradılmışdır.

Təfsir əl-Müyəssər (ərəbcə)

يَخْرُجُ مِنۢ بَيْنِ ٱلصُّلْبِ وَٱلتَّرَآئِبِ ﴿٧﴾

(O su kişilərin) bel sümüyündən, (qadınların isə) köks sümüyündən çıxar!

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّهُۥ عَلَىٰ رَجْعِهِۦ لَقَادِرٌۭ ﴿٨﴾

Həqiqətən, (Allah) insanı (öləndən sonra) yenidən diriltməyə qadirdir! -

Təfsir əl-Müyəssər (ərəbcə)

يَوْمَ تُبْلَى ٱلسَّرَآئِرُ ﴿٩﴾

Bütün sirlərin aşkar olacağı o qiyamət günü;

Təfsir əl-Müyəssər (ərəbcə)

فَمَا لَهُۥ مِن قُوَّةٍۢ وَلَا نَاصِرٍۢ ﴿١٠﴾

(O gün) insanın nə (əzabı dəf edəcək) bir qüvəsi, nə də bir köməkçisi olar!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلسَّمَآءِ ذَاتِ ٱلرَّجْعِ ﴿١١﴾

And olsun yağış sahibi olan göyə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلْأَرْضِ ذَاتِ ٱلصَّدْعِ ﴿١٢﴾

And olsun (növbənöv bitkilər yetirmək üçün) yarılan yerə ki,

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّهُۥ لَقَوْلٌۭ فَصْلٌۭ ﴿١٣﴾

Bu (Qur’an haqla nahaqqı) ayırd edən kəlamdır!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا هُوَ بِٱلْهَزْلِ ﴿١٤﴾

O, oyun-oyuncaq (əyləncə) deyildir!

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّهُمْ يَكِيدُونَ كَيْدًۭا ﴿١٥﴾

Həqiqətən, (Məkkə müşrikləri Qur’anın nurunu söndürmək üçün) hiylə qurdular.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَأَكِيدُ كَيْدًۭا ﴿١٦﴾

Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm.

Təfsir əl-Müyəssər (ərəbcə)

فَمَهِّلِ ٱلْكَٰفِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًۢا ﴿١٧﴾

Elə isə (ya Peyğəmbər!) kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!

Təfsir əl-Müyəssər (ərəbcə)

At-Tariq 17 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

At-Tariq surəsi haqqında

At-Tariq (الطارق) surəsi Quranın 86 nömrəli surəsidir. O, 17 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan الطارق surənin ərəbcə tanındığı addır.

At-Tariq surəsi haqqında suallar

At-Tariq surəsində neçə ayə var?

At-Tariq surəsində 17 ayə var.

At-Tariq surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

At-Tariq surəsi hansı Juz-dadır?

At-Tariq surəsi Juz 30 içindədir.

At-Tariq surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources