Quranın 87 nömrəli surəsi

Al-A'la surəsi

Məkkə 19 ayə Juz 30
Al-A'la

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

سَبِّحِ ٱسْمَ رَبِّكَ ٱلْأَعْلَى ﴿١﴾

(Ya Peyğəmbər!) Ən uca olan Rəbbinin adını pak (müqəddəs) tutub şə’ninə təriflər de!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِى خَلَقَ فَسَوَّىٰ ﴿٢﴾

O Rəbbin ki, (hər şeyi) xəlq etdi və nizama saldı.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلَّذِى قَدَّرَ فَهَدَىٰ ﴿٣﴾

O Rəbbin ki, (hər şeyin keyfiyyətini, xüsusiyyətini, davam müddətini) əzəldən müəyyən etdi və (hamıya) yol göstərdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلَّذِىٓ أَخْرَجَ ٱلْمَرْعَىٰ ﴿٤﴾

O Rəbbin ki, (torpağı yarıb ondan yamyaşıl) otlar çıxartdı.

Təfsir əl-Müyəssər (ərəbcə)

فَجَعَلَهُۥ غُثَآءً أَحْوَىٰ ﴿٥﴾

Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

سَنُقْرِئُكَ فَلَا تَنسَىٰٓ ﴿٦﴾

(Ya Peyğəmbər!) Biz sənə (Qur’anı) oxudacağıq və sən (onu) unutmayacaqsan;

Təfsir əl-Müyəssər (ərəbcə)

إِلَّا مَا شَآءَ ٱللَّهُ ۚ إِنَّهُۥ يَعْلَمُ ٱلْجَهْرَ وَمَا يَخْفَىٰ ﴿٧﴾

Yalnız Allahın dilədiyindən (hökmünü ləğv etdiyimiz bu və ya digər ayədən) başqa! Şübhəsiz ki, O, aşkarı da, gizlini də bilir!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ ﴿٨﴾

Biz sənə ən asan olanı (islam şəriətini) müyəssər edərik.

Təfsir əl-Müyəssər (ərəbcə)

فَذَكِّرْ إِن نَّفَعَتِ ٱلذِّكْرَىٰ ﴿٩﴾

(Ya Peyğəmbər!) Əgər nəsihət etmək fayda versə, (ümmətinə Qur’anla) öyüd-nəsihət ver!

Təfsir əl-Müyəssər (ərəbcə)

سَيَذَّكَّرُ مَن يَخْشَىٰ ﴿١٠﴾

(Allahdan) qorxan kimsə mütləq öyüd-nəsihət qəbul edəcəkdir!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَيَتَجَنَّبُهَا ٱلْأَشْقَى ﴿١١﴾

Bədbəxt (kafir) isə ondan (öyüd-nəsihətdən) qaçacaqdır.

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِى يَصْلَى ٱلنَّارَ ٱلْكُبْرَىٰ ﴿١٢﴾

(O bədbəxt ki) ən böyük oda (cəhənnəm oduna) girəcəkdir.

Təfsir əl-Müyəssər (ərəbcə)

ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ ﴿١٣﴾

Orada nə öləcək, nə də yaşayacaqdır! (Nə ölü kimi ölü, nə də diri kimi diri olacaqdır!)

Təfsir əl-Müyəssər (ərəbcə)

قَدْ أَفْلَحَ مَن تَزَكَّىٰ ﴿١٤﴾

(Günahlardan) təmizlənən kimsə isə nicat tapacaqdır.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَذَكَرَ ٱسْمَ رَبِّهِۦ فَصَلَّىٰ ﴿١٥﴾

O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!

Təfsir əl-Müyəssər (ərəbcə)

بَلْ تُؤْثِرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا ﴿١٦﴾

Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلْءَاخِرَةُ خَيْرٌۭ وَأَبْقَىٰٓ ﴿١٧﴾

Halbuki axirət daha xeyirli və daha baqidir.

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّ هَٰذَا لَفِى ٱلصُّحُفِ ٱلْأُولَىٰ ﴿١٨﴾

Həqiqətən, bu deyilənlər (Qur’andan) əvvəlki kitablarda mövcuddur -

Təfsir əl-Müyəssər (ərəbcə)

صُحُفِ إِبْرَٰهِيمَ وَمُوسَىٰ ﴿١٩﴾

İbrahimin və Musanın kitablarında!

Təfsir əl-Müyəssər (ərəbcə)

Al-A'la 19 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

Al-A'la surəsi haqqında

Al-A'la (الأعلى) surəsi Quranın 87 nömrəli surəsidir. O, 19 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan الأعلى surənin ərəbcə tanındığı addır.

Al-A'la surəsi haqqında suallar

Al-A'la surəsində neçə ayə var?

Al-A'la surəsində 19 ayə var.

Al-A'la surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

Al-A'la surəsi hansı Juz-dadır?

Al-A'la surəsi Juz 30 içindədir.

Al-A'la surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources