Quranın 96 nömrəli surəsi

Al-'Alaq surəsi

Məkkə 19 ayə Juz 30
Al-'Alaq

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

ٱقْرَأْ بِٱسْمِ رَبِّكَ ٱلَّذِى خَلَقَ ﴿١﴾

(Ya Peyğəmbər! Qur’ani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!

Təfsir əl-Müyəssər (ərəbcə)

خَلَقَ ٱلْإِنسَٰنَ مِنْ عَلَقٍ ﴿٢﴾

O, insanı laxtalanmış qandan yaratdı.

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱقْرَأْ وَرَبُّكَ ٱلْأَكْرَمُ ﴿٣﴾

(Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir!

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِى عَلَّمَ بِٱلْقَلَمِ ﴿٤﴾

O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

عَلَّمَ ٱلْإِنسَٰنَ مَا لَمْ يَعْلَمْ ﴿٥﴾

(O Rəbbin ki) insana bilmədiklərini öyrətdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

كَلَّآ إِنَّ ٱلْإِنسَٰنَ لَيَطْغَىٰٓ ﴿٦﴾

Xeyr, insan azğınlıq edər,

Təfsir əl-Müyəssər (ərəbcə)

أَن رَّءَاهُ ٱسْتَغْنَىٰٓ ﴿٧﴾

Özünün dövlətli olduğunu gördüyü üçün!

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّ إِلَىٰ رَبِّكَ ٱلرُّجْعَىٰٓ ﴿٨﴾

Axı sənin axır dönüşün Rəbbinədir!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَرَءَيْتَ ٱلَّذِى يَنْهَىٰ ﴿٩﴾

Gördünmü o kimsəni (Əbu Cəhli) ki, mane olur

Təfsir əl-Müyəssər (ərəbcə)

عَبْدًا إِذَا صَلَّىٰٓ ﴿١٠﴾

Bir bəndəyə (sənə) namaz qıldığı vaxt?

Təfsir əl-Müyəssər (ərəbcə)

أَرَءَيْتَ إِن كَانَ عَلَى ٱلْهُدَىٰٓ ﴿١١﴾

Bir de görək, əgər o doğru yoldadırsa,

Təfsir əl-Müyəssər (ərəbcə)

أَوْ أَمَرَ بِٱلتَّقْوَىٰٓ ﴿١٢﴾

Yaxud (xalqa Allahdan) qorxmağı əmr edirsə, (sən belə bir əməl sahibinin namaz qılmasına nə üçün mane olur, ona ibadət etməyi niyə qadağan edirsən? Bundan da rəzil iş olarmı)?!

Təfsir əl-Müyəssər (ərəbcə)

أَرَءَيْتَ إِن كَذَّبَ وَتَوَلَّىٰٓ ﴿١٣﴾

(Ya Peyğəmbər!) Bir de görək, (əgər sənin namaz qılmağına mane olan kimsə Qur’anı) yalan sayır və (imandan) üz döndərirsə,

Təfsir əl-Müyəssər (ərəbcə)

أَلَمْ يَعْلَم بِأَنَّ ٱللَّهَ يَرَىٰ ﴿١٤﴾

Məgər bilmir ki, Allah (onun bütün əməllərini) görür?!

Təfsir əl-Müyəssər (ərəbcə)

كَلَّا لَئِن لَّمْ يَنتَهِ لَنَسْفَعًۢا بِٱلنَّاصِيَةِ ﴿١٥﴾

Yox, yox! (Əbu Cəhl bu yaramaz əməllərinə son qoysun). Əgər son qoymasa, and olsun ki, Biz onu kəkilindən yapışıb (Cəhənnəmə) sürükləyəcəyik -

Təfsir əl-Müyəssər (ərəbcə)

نَاصِيَةٍۢ كَٰذِبَةٍ خَاطِئَةٍۢ ﴿١٦﴾

Özü də yalançı, günahkar kəkilindən!

Təfsir əl-Müyəssər (ərəbcə)

فَلْيَدْعُ نَادِيَهُۥ ﴿١٧﴾

Qoy o özünün bütün tərəfdarlarını (köməyə) çağırsın!

Təfsir əl-Müyəssər (ərəbcə)

سَنَدْعُ ٱلزَّبَانِيَةَ ﴿١٨﴾

Biz də zəbaniləri (Cəhənnəmdəki əzab mələklərini) çağıracağıq!

Təfsir əl-Müyəssər (ərəbcə)

96:19 Səcdə ayəsi

كَلَّا لَا تُطِعْهُ وَٱسْجُدْ وَٱقْتَرِب ۩ ﴿١٩﴾

Yox, yox! Sən (ey Peyğəmbər!) ona uyma! Sən ancaq (Rəbbinə) səcdə et və (Ona) yaxınlaş!

Təfsir əl-Müyəssər (ərəbcə)

Al-'Alaq 19 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

Al-'Alaq surəsi haqqında

Al-'Alaq (العلق) surəsi Quranın 96 nömrəli surəsidir. O, 19 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan العلق surənin ərəbcə tanındığı addır.

Al-'Alaq surəsi haqqında suallar

Al-'Alaq surəsində neçə ayə var?

Al-'Alaq surəsində 19 ayə var.

Al-'Alaq surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

Al-'Alaq surəsi hansı Juz-dadır?

Al-'Alaq surəsi Juz 30 içindədir.

Al-'Alaq surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources