Quranın 81 nömrəli surəsi

At-Takwir surəsi

Məkkə 29 ayə Juz 30
At-Takwir

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

إِذَا ٱلشَّمْسُ كُوِّرَتْ ﴿١﴾

Günəş (əmmamə kimi) sarınıb büküləcəyi (sönəcəyi) zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلنُّجُومُ ٱنكَدَرَتْ ﴿٢﴾

Ulduzlar (göydən qopub yağış dənələri kimi yerə) səpələnəcəyi zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْجِبَالُ سُيِّرَتْ ﴿٣﴾

Dağlar yerindən qopardılacağı (toz kimi havada uçacağı) zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْعِشَارُ عُطِّلَتْ ﴿٤﴾

(Bədəvi ərəblərin çox əziz tutduğu) boğaz dəvələr başlı-başına buraxılacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْوُحُوشُ حُشِرَتْ ﴿٥﴾

Vəhşi heyvanlar (bir-birindən qisas almaq üçün) bir yerə toplanacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْبِحَارُ سُجِّرَتْ ﴿٦﴾

Dənizlər od tutub yanacağı (və ya dolub daşacağı) zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلنُّفُوسُ زُوِّجَتْ ﴿٧﴾

Ruhlar (bədənlərə) qovuşacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْمَوْءُۥدَةُ سُئِلَتْ ﴿٨﴾

Diri-diri torpağa gömülən körpə qızdan:

Təfsir əl-Müyəssər (ərəbcə)

بِأَىِّ ذَنۢبٍۢ قُتِلَتْ ﴿٩﴾

“Axı o hansı günaha görə öldürüldü?”; soruşulacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلصُّحُفُ نُشِرَتْ ﴿١٠﴾

Əməl dəftərləri açılacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلسَّمَآءُ كُشِطَتْ ﴿١١﴾

Göy (yerindən) qopardılacağı (və ya büküləcəyi) zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْجَحِيمُ سُعِّرَتْ ﴿١٢﴾

Cəhənnəm alovlandırılacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِذَا ٱلْجَنَّةُ أُزْلِفَتْ ﴿١٣﴾

Və Cənnət (mö’minlərə) yaxınlaşdırılacağı zaman;

Təfsir əl-Müyəssər (ərəbcə)

عَلِمَتْ نَفْسٌۭ مَّآ أَحْضَرَتْ ﴿١٤﴾

Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis) nə hazır etdiyini biləcəkdir!

Təfsir əl-Müyəssər (ərəbcə)

فَلَآ أُقْسِمُ بِٱلْخُنَّسِ ﴿١٥﴾

And içirəm (gecə) yanıb (gündüz) sönən ulduzlara;

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلْجَوَارِ ٱلْكُنَّسِ ﴿١٦﴾

(Günəşlə, ayla) seyr edib (onlar batdığı zaman) gizlənən səyyarələrə (Zühələ, Müştəriyə, Mərrixə, Zöhrəyə və Ütaridə);

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلَّيْلِ إِذَا عَسْعَسَ ﴿١٧﴾

Qaralmaqda olan gecəyə (yaxud: qaralmaqda və çəkilməkdə olan gecəyə)

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلصُّبْحِ إِذَا تَنَفَّسَ ﴿١٨﴾

Və sökülməkdə olan dan yerinə ki,

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّهُۥ لَقَوْلُ رَسُولٍۢ كَرِيمٍۢ ﴿١٩﴾

Bu (Qur’an Allah dərgahında) çox möhtərəm olan bir elçinin (Cəbrailin) gətirdiyi kəlamdır.

Təfsir əl-Müyəssər (ərəbcə)

ذِى قُوَّةٍ عِندَ ذِى ٱلْعَرْشِ مَكِينٍۢ ﴿٢٠﴾

(Elə bir elçi ki) çox qüvvətlidir; ərşin sahibi (Allah) yanında çox hörmətlidir (izzətlidir).

Təfsir əl-Müyəssər (ərəbcə)

مُّطَاعٍۢ ثَمَّ أَمِينٍۢ ﴿٢١﴾

(Elə bir elçi ki, mələklər arasında) itaət ediləndir, həm də (Allah yanında vəhyə) e’tibarlı müvəkkildir.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا صَاحِبُكُم بِمَجْنُونٍۢ ﴿٢٢﴾

(Ey Məkkə əhli!) Həqiqətən, sizin dostunuz (müşriklərin dediyi kimi) divanə deyildir!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَقَدْ رَءَاهُ بِٱلْأُفُقِ ٱلْمُبِينِ ﴿٢٣﴾

And olsun ki, (Peyğəmbər!) onu (Cəbraili) açıq (ən uca) üfüqdə gördü.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا هُوَ عَلَى ٱلْغَيْبِ بِضَنِينٍۢ ﴿٢٤﴾

O, qeyb (vəhyi olduğu kimi təbliğ etmək və sizə öyrətmək) barəsində xəsis deyildir.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا هُوَ بِقَوْلِ شَيْطَٰنٍۢ رَّجِيمٍۢ ﴿٢٥﴾

O (Qur’an) da məl’un (Allahın rəhmətindən qovulmuş) Şeytanın sözü deyildir.

Təfsir əl-Müyəssər (ərəbcə)

فَأَيْنَ تَذْهَبُونَ ﴿٢٦﴾

Elə isə (siz ondan üz döndərib) hara gedirsiniz?

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ ﴿٢٧﴾

O, aləmlər (bütün insanlar və cinlər) üçün ancaq bir öyüd-nəsihətdir.

Təfsir əl-Müyəssər (ərəbcə)

لِمَن شَآءَ مِنكُمْ أَن يَسْتَقِيمَ ﴿٢٨﴾

Eləcə də sizdən doğru-düz (yolda) olmaq istəyənlər üçün.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ﴿٢٩﴾

(Onu da bilin ki) aləmlərin Rəbbi olan Allah istəməsə, siz (bunu) istəyə bilməzsiniz! (Yalnız Allah istəsə, istəyə bilərsiniz. Siz insanlar həmişə Allahın qüdrəti, hökmü və iradəsi altındasınız. O sizi bir şeyi istəməyincə siz onu özünüzə istəyə bilməzsiniz. Ona görə də hər işdə Allaha təvəkkül edin!)

Təfsir əl-Müyəssər (ərəbcə)

At-Takwir 29 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

At-Takwir surəsi haqqında

At-Takwir (التكوير) surəsi Quranın 81 nömrəli surəsidir. O, 29 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan التكوير surənin ərəbcə tanındığı addır.

At-Takwir surəsi haqqında suallar

At-Takwir surəsində neçə ayə var?

At-Takwir surəsində 29 ayə var.

At-Takwir surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

At-Takwir surəsi hansı Juz-dadır?

At-Takwir surəsi Juz 30 içindədir.

At-Takwir surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources