Quranın 92 nömrəli surəsi

Al-Layl surəsi

Məkkə 21 ayə Juz 30
Al-Layl

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰ ﴿١﴾

And olsun (aləmi zülmətə) bürüməkdə olan gecəyə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ﴿٢﴾

And olsun işıqlanmaqda olan gündüzə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلْأُنثَىٰٓ ﴿٣﴾

And olsun kişini və qadını (erkəyi və dişini) yaradana ki,

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّ سَعْيَكُمْ لَشَتَّىٰ ﴿٤﴾

Sizin zəhmətiniz (ey insanlar!) cürbəcürdür! (Bə’ziniz Cənnət üçün, bə’ziniz isə Cəhənnəm üçün çalışırsınız).

Təfsir əl-Müyəssər (ərəbcə)

فَأَمَّا مَنْ أَعْطَىٰ وَٱتَّقَىٰ ﴿٥﴾

Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsa,

Təfsir əl-Müyəssər (ərəbcə)

وَصَدَّقَ بِٱلْحُسْنَىٰ ﴿٦﴾

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) təsdiq etsə,

Təfsir əl-Müyəssər (ərəbcə)

فَسَنُيَسِّرُهُۥ لِلْيُسْرَىٰ ﴿٧﴾

Biz ona ən asan olanı (Cənnəti) müyəssər edəcəyik!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَأَمَّا مَنۢ بَخِلَ وَٱسْتَغْنَىٰ ﴿٨﴾

Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa,

Təfsir əl-Müyəssər (ərəbcə)

وَكَذَّبَ بِٱلْحُسْنَىٰ ﴿٩﴾

Və ən gözəl sözü (la ilahə illallah kəlməsini) yalan saysa,

Təfsir əl-Müyəssər (ərəbcə)

فَسَنُيَسِّرُهُۥ لِلْعُسْرَىٰ ﴿١٠﴾

Biz ona ən çətin olanı (Cəhənnəmi) müyəssər edəcəyik (onu Cəhənnəm üçün hazırlayacağıq!)

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا يُغْنِى عَنْهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ﴿١١﴾

(O, Cəhənnəmə) düşəcəyi zaman mal-dövləti ona heç bir fayda verməz.

Təfsir əl-Müyəssər (ərəbcə)

إِنَّ عَلَيْنَا لَلْهُدَىٰ ﴿١٢﴾

Bizim öhdəmizə düşən yalnız doğru yolu göstərməkdir! (Mö’min və ya kafir olmaq isə hər kəsin öz işidir).

Təfsir əl-Müyəssər (ərəbcə)

وَإِنَّ لَنَا لَلْءَاخِرَةَ وَٱلْأُولَىٰ ﴿١٣﴾

Axirət də Bizim, dünya da Bizimdir!

Təfsir əl-Müyəssər (ərəbcə)

فَأَنذَرْتُكُمْ نَارًۭا تَلَظَّىٰ ﴿١٤﴾

(Ey insanlar!) Mən sizi alovlanan bir atəşlə qorxutdum.

Təfsir əl-Müyəssər (ərəbcə)

لَا يَصْلَىٰهَآ إِلَّا ٱلْأَشْقَى ﴿١٥﴾

Ora ancaq azğın (kafir) daxil olar.

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِى كَذَّبَ وَتَوَلَّىٰ ﴿١٦﴾

O kimsə ki, (haqqı) yalan sayar, (imandan) üz döndərər!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَسَيُجَنَّبُهَا ٱلْأَتْقَى ﴿١٧﴾

Allahdan qorxub pis əməllərdən çəkinən isə ondan uzaqlaşdırılar (nicat tapar).

Təfsir əl-Müyəssər (ərəbcə)

ٱلَّذِى يُؤْتِى مَالَهُۥ يَتَزَكَّىٰ ﴿١٨﴾

O kimsə ki, malını (Allah yolunda) verib (günahlardan) təmizlənər,

Təfsir əl-Müyəssər (ərəbcə)

وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعْمَةٍۢ تُجْزَىٰٓ ﴿١٩﴾

O şəxsin boynunda heç kəsin bir minnəti (ne’məti) yoxdur ki, onun əvəzi verilsin (etdiyi yaxşılıq ona əvəz olsun; və ya: o, etdiyi yaxşılıq müqabilində heç kəsdən bir mükafat gözləməz).

Təfsir əl-Müyəssər (ərəbcə)

إِلَّا ٱبْتِغَآءَ وَجْهِ رَبِّهِ ٱلْأَعْلَىٰ ﴿٢٠﴾

O ancaq ən uca olan Rəbbinin rizasını qazanmaq üçün belə edər.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَسَوْفَ يَرْضَىٰ ﴿٢١﴾

And olsun ki, o (öz Rəbbindən Cənnətdə ona verəcəyi ne’mətlərə görə) razı olacaqdır!

Təfsir əl-Müyəssər (ərəbcə)

Al-Layl 21 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

Al-Layl surəsi haqqında

Al-Layl (الليل) surəsi Quranın 92 nömrəli surəsidir. O, 21 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan الليل surənin ərəbcə tanındığı addır.

Al-Layl surəsi haqqında suallar

Al-Layl surəsində neçə ayə var?

Al-Layl surəsində 21 ayə var.

Al-Layl surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

Al-Layl surəsi hansı Juz-dadır?

Al-Layl surəsi Juz 30 içindədir.

Al-Layl surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources