Quranın 91 nömrəli surəsi

Ash-Shams surəsi

Məkkə 15 ayə Juz 30
Ash-Shams

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

وَٱلشَّمْسِ وَضُحَىٰهَا ﴿١﴾

And olsun günəşə və onun işığına (günəşin qalxdığı vaxta);

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلْقَمَرِ إِذَا تَلَىٰهَا ﴿٢﴾

And olsun (günəşin) ardınca çıxan aya;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلنَّهَارِ إِذَا جَلَّىٰهَا ﴿٣﴾

And olsun onu (günəşi) parlaq edən gündüzə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلَّيْلِ إِذَا يَغْشَىٰهَا ﴿٤﴾

And olsun onu (günəşi) örtən gecəyə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلسَّمَآءِ وَمَا بَنَىٰهَا ﴿٥﴾

And olsun göyə və onu yaradana;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَٱلْأَرْضِ وَمَا طَحَىٰهَا ﴿٦﴾

And olsun yerə və onu döşəyənə;

Təfsir əl-Müyəssər (ərəbcə)

وَنَفْسٍۢ وَمَا سَوَّىٰهَا ﴿٧﴾

And olsun nəfsə və onu yaradana (ona biçim verənə);

Təfsir əl-Müyəssər (ərəbcə)

فَأَلْهَمَهَا فُجُورَهَا وَتَقْوَىٰهَا ﴿٨﴾

Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki,

Təfsir əl-Müyəssər (ərəbcə)

قَدْ أَفْلَحَ مَن زَكَّىٰهَا ﴿٩﴾

Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!

Təfsir əl-Müyəssər (ərəbcə)

وَقَدْ خَابَ مَن دَسَّىٰهَا ﴿١٠﴾

Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır.

Təfsir əl-Müyəssər (ərəbcə)

كَذَّبَتْ ثَمُودُ بِطَغْوَىٰهَآ ﴿١١﴾

Səmud (qövmü) azğınlığı üzündən (Saleh peyğəmbəri) təkzib etmişdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

إِذِ ٱنۢبَعَثَ أَشْقَىٰهَا ﴿١٢﴾

Onların ən rəzili (Allahın bir mö’cüzəsi olaraq qayanın içindən çıxartdığı dəvəni öldürməyə) qalxdığı zaman

Təfsir əl-Müyəssər (ərəbcə)

فَقَالَ لَهُمْ رَسُولُ ٱللَّهِ نَاقَةَ ٱللَّهِ وَسُقْيَٰهَا ﴿١٣﴾

Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi (maya) dəvəsinə (toxunmayın), onun su içməsinə (mane olmayın).

Təfsir əl-Müyəssər (ərəbcə)

فَكَذَّبُوهُ فَعَقَرُوهَا فَدَمْدَمَ عَلَيْهِمْ رَبُّهُم بِذَنۢبِهِمْ فَسَوَّىٰهَا ﴿١٤﴾

Lakin onlar (Salehi) yalançı saydılar və onu (dəvəni) tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi.

Təfsir əl-Müyəssər (ərəbcə)

وَلَا يَخَافُ عُقْبَٰهَا ﴿١٥﴾

(Allah) bu işin aqibətindən qorxmaz! (Allah Səmud qövmünə cəza vermək istəmirdi. Onlar öz cinayətkar əməlləri ilə bu cəzaya layiq oldular. Allah dünyadakı padşahlar, hökmdarlar kimi bu və ya digər əməlinə görə qorxan deyildir. Çünki O etdiyi hər hansı əməl barəsində sorğu-sual olunmaz. Allah mütləq ədalət sahibidir!)

Təfsir əl-Müyəssər (ərəbcə)

Ash-Shams 15 ayədən 1-ci

Ərəb mətni: Osmani xətti. Tərcümə: Vasim Mammadaliyev and Ziya Bunyadov. Səs: everyayah.com.

Ash-Shams surəsi haqqında

Ash-Shams (الشمس) surəsi Quranın 91 nömrəli surəsidir. O, 15 ayədən ibarətdir, yerləşdiyi hissə: Juz 30. O, Məkkə surəsi kimi təsnif edilir, yəni əsasən Peyğəmbərin Mədinəyə hicrətindən əvvəl nazil olub.

Adı olan الشمس surənin ərəbcə tanındığı addır.

Ash-Shams surəsi haqqında suallar

Ash-Shams surəsində neçə ayə var?

Ash-Shams surəsində 15 ayə var.

Ash-Shams surəsi Məkkə, yoxsa Mədinə surəsidir?

O, Məkkə surəsi kimi təsnif edilir.

Ash-Shams surəsi hansı Juz-dadır?

Ash-Shams surəsi Juz 30 içindədir.

Ash-Shams surəsini harada dinləyə bilərəm?

Bu səhifədə Oxut düyməsini basın və Əbdürrəhman əs-Sudeys, Mişari əl-Əfasi, Mahmud Xəlil əl-Husari, Əbdülbasit Əbdüssamad, Mahir əl-Muaykli, Səəd əl-Ğamidi, Əhməd əl-Əcmi, Əbu Bəkr əş-Şatri, Hani ər-Rifai, Məhəmməd Siddiq əl-Minşavi, Əli əl-Huzeyfi, Məhəmməd Əyyub, Abdullah Basfər, Yasir əd-Dosari, Nasir əl-Qətami, Salah əl-Budeyr, Suud əş-Şureym, Abdullah Əvvad əl-Cuhəni, Məhəmməd Cibril tərəfindən ayə-ayə oxunmasını dinləyin.

This page is translated with machine assistance and may contain mistakes. The English and Arabic versions are our reference. About our sources