أَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ﴿١﴾
(Ya Peyğəmbər!) Məgər Biz (haqqı bilmək, elm və hikmət dəryası etmək üçün) sənin köksünü (qəlbini) açıb genişlətmədikmi?! (Allahın öz lütfü ilə köksünü açıb genişlətdiyi kimsənin qəlbinə Şeytan vəsvəsə sala bilməz. O, qüdsiyyət kəsb edər, vəhy qəbul etməyə layiq olar!)
Təfsir əl-Müyəssər (ərəbcə) وَوَضَعْنَا عَنكَ وِزْرَكَ ﴿٢﴾
Ağır yükünü səndən götürmədikmi?! (Sənin peyğəmbərlik yükünü yüngülləşdirmədikmi?!)
Təfsir əl-Müyəssər (ərəbcə) ٱلَّذِىٓ أَنقَضَ ظَهْرَكَ ﴿٣﴾
(Elə bir yük ki) sənin belini bükürdü.
Təfsir əl-Müyəssər (ərəbcə) وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ﴿٤﴾
Sənin ad-sanını (şan-şöhrətini) ucaltmadıqmı?! (Yerdə, göydə səndən söhbət gedər; xütbələrdə adın çəkilər!)
Təfsir əl-Müyəssər (ərəbcə) فَإِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًا ﴿٥﴾
Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
Təfsir əl-Müyəssər (ərəbcə) إِنَّ مَعَ ٱلْعُسْرِ يُسْرًۭا ﴿٦﴾
Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)
Təfsir əl-Müyəssər (ərəbcə) فَإِذَا فَرَغْتَ فَٱنصَبْ ﴿٧﴾
(Ya Peyğəmbər!) Elə ki (risaləti təbliğ etməkdən və ya dünya işlərindən) azad oldun, qalx (dua et)! (Axirət üçün çalış-vuruş!)
Təfsir əl-Müyəssər (ərəbcə) وَإِلَىٰ رَبِّكَ فَٱرْغَب ﴿٨﴾
Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!)
Təfsir əl-Müyəssər (ərəbcə)