Allahı anmağın fəziləti
قَالَ صلى الله عليه وسلم مَنْ قَالَ: سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ حُطَّتْ خَطَايَاهُ وَلَوْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْر)).
(Kim gün ərzində yüz dəfə belə desə:(Allah nöqsanlardan pakdır və Ona həmd edirəm.) günahları, dəniz köpüyü qədər olsa belə, silinər.)
وَقَالَ صلى الله عليه وسلم: ((مَنْ قَالَ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عَشْرَ مِرَارٍ، كَانَ كَمَنْ أَعْتَقَ أَرْبَعَةَ أَنْفُسٍ مِنْ وَلَدِ إِسْمَاعِيلَ)).
(Əbu Hureyrə rəvayət edir ki, Allahın Elçisi dedi: “Kim gün ərzində yüz dəfə belə desə: (Tək olan və şəriki olmayan Allahdan başqa ibadətə layiq heç kim yoxdur. Hökmranlıq və həmd Ona məxsusdur və O hər şeyə qadirdir.) on qul azad etmək savabı qazanar, onun üçün yüz yaxşılıq yazılar və yüz pislik silinər və həmin gün axşama qədər şeytandan qorunmuş olar və ondan daha çox əməl edən kəsdən başqa heç kim ondan daha yaxşı bir şeylə gələ bilməz.)
وَقَالَ صلى الله عليه وسلم: ((كَلِمَتَانِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ، ثَقِيلَتَانِ فِي الْمِيزَانِ، حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ: سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، سُبْحانَ اللَّهِ الْعَظِيمِ)).
(Əbu Hureyrə rəvayət edir ki, Allahın Elçisi dedi: “(Elə) İki kəlmə (var ki), dilə yüngül, tərəziyə ağır və Ən Mərhəmətli Allaha sevimlidir: (Allah nöqsanlardan pakdır və Ona həmd edirəm. Ulu Allah nöqsanlardan pakdır.))
وَقَالَ صلى الله عليه وسلم: ((لَأَنْ أَقُولَ سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، أَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمسُ)).
(Əbu Hureyrə rəvayət edir ki, Allahın Elçisi dedi: “(Allah nöqsanlardan pakdır, həmd Allaha məxsusdur. Allahdan başqa ibadətə layiq heç kim yoxdur və Allah ən böyükdür.) deməyim mənim üçün günəşin doğduğu hər şeydən daha sevimlidir.)
وَقَالَ صلى الله عليه وسلم: ((أَيَعْجِزُ أَحَدُكُم أَنْ يَكْسِبَ كُلَّ يَوْمٍ أَلْفَ حَسَنَةٍ)) فَسَأَلَهُ سَائِلٌ مِنْ جُلَسَائِهِ كَيْفَ يَكْسِبُ أَحَدُنَا أَلْفَ حَسَنَةٍ؟ قَالَ: ((يُسَبِّحُ مِائَةَ تَسْبِيحَةٍ، فَيُكتَبُ لَهُ أَلْفُ حَسَنَةٍ أَوْ يُحَطُّ عَنْهُ أَلْفُ خَطِيئَةٍ)).
(Səd dedi: “Allahın Elçisi ilə oturmuşduq və o dedi: “Sizdən biri hər gün min yaxşılıq qazanmağa aciz qalarmı?” Kimsə ondan soruşdu: Min yaxşılığı necə qazanmaq olar? O cavab verdi: “O, yüz dəfə (Allah nöqsanlardan pakdır.) desin, çünki onun üçün min yaxşılıq yazılar və ya min pislik silinər.)
((مَنْ قَالَ: سُبْحَانَ اللَّهِ الْعَظِيمِ وَبِحَمْدِهِ غُرِسَتْ لَهُ نَخْلَةٌ فِي الْجَنَّةِ)).
(Cabir rəvayət edir ki, Peyğəmbər dedi: “Kim (Ulu Allah nöqsanlardan pakdır və Ona həmd edirəm.) desə, onun üçün cənnətdə bir xurma ağacı əkilər.)
وَقَالَ صلى الله عليه وسلم: ((يَا عَبْدَ اللَّهِ بْنَ قَيْسٍ أَلاَ أَدُلُّكَ عَلَى كَنْزٍ مِنْ كُنُوزِ الْجَنَّةِ))؟ فَقُلْتُ: بَلَى يَا رَسُولَ اللَّهِ، قَالَ: ((قُلْ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ)).
(Abdullah ibn Qeys rəvayət edir ki, Peyğəmbər ona dedi: “Ey Abdullah ibn Qeys, sənə cənnət xəzinələrindən bir xəzinə barədə xəbər verimmi?” Sonra dedi: “De: (Allahdan başqa heç bir güc və qüvvət yoxdur.))
وَقَالَ صلى الله عليه وسلم: ((أَحَبُّ الْكَلاَمِ إِلَى اللَّهِ أَرْبَعٌ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، لاَ يَضُرُّكَ بِأَيِّهِنَّ بَدَأتَ)).
(Allaha ən sevimli kəlmələr dörddür: (Allah nöqsanlardan pakdır, həmd Allaha məxsusdur. Allahdan başqa ibadətə layiq heç kim yoxdur və Allah ən böyükdür.))(Onlardan hansından başlamağın fərqi yoxdur.)
جَاءَ أَعْرَابِيٌّ إِلَى رَسُولِ اللَّهِ صلى الله عليه وسلم فَقَالَ: عَلِّمْنِي كَلاماً أَقُولُهُ: قَالَ: ((قُلْ: لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، اللَّهُ أَكْبَرُ كَبِيراً، وَالْحَمْدُ لِلَّهِ كَثِيراً، سُبْحَانَ اللَّهِ رَبِّ العَالَمِينَ، لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ الْعَزِيزِ الْحَكِيمِ)) قَالَ: فَهَؤُلاَءِ لِرَبِّي، فَمَا لِي؟ قَالَ: ((قُلْ: اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَارْزُقْنِي)).
(Səd ibn Əbi Vəqqas rəvayət edir ki, bir adam Allahın Elçisinin yanına gəlib dedi: “Mənə deyəcəyim bir şey öyrət.” O dedi: “De: (Tək olan və şəriksiz Allahdan başqa ibadətə layiq heç kim yoxdur. Allah ən böyükdür və çox həmd Allaha məxsusdur. Aləmlərin Rəbbi Allah nöqsanlardan pakdır. Güclü və Hikmətli olan Uca Allahdan başqa heç bir güc və qüvvət yoxdur.) Adam dedi: “Bunlar mənim Rəbbim üçündür, mənim üçün nə var?” O cavab verdi: “De:(Ey Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt və mənə ruzi ver.))
كَانَ الرَّجُلُ إِذَا أَسْلَمَ عَلَّمَهُ النَّبيُّ صلى الله عليه وسلم الصَّلاَةَ ثُمَّ أَمَرَهُ أَنْ يَدْعُوَ بِهَؤُلاَءِ الْكَلِمَاتِ: ((اللَّهُمَّ اغْفِرِ لِي، وَارْحَمْنِي، وَاهْدِنِي، وَعَافِنِي وَارْزُقْنِي)).
(Tariq əl-Əşcəi dedi: “Biri İslamı qəbul edəndə Peyğəmbər ona namazı necə qılmağı öyrədər, sonra ona aşağıdakı sözlərlə dua etməyi əmr edərdi: (Ey Allahım, məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə sağlamlıq ver və mənə ruzi ver.))
((إِنَّ أَفْضَلَ الدُّعَاءِ الْحَمْدُ لِلَّهِ، وَأَفْضَلَ الذِّكْرِ لاَ إِلَهَ إِلاَّ اللَّهُ)).
(Cabir ibn Abdullah rəvayət edir ki, Allahın Elçisi dedi: “Həqiqətən, ən yaxşı dua belədir: (Həmd Allaha məxsusdur.) və həqiqətən, ən yaxşı zikr belədir: (Allahdan başqa ibadətə layiq heç kim yoxdur.))
الباقيات الصالحات : سبحان الله والحمد لله ، ولا إله إلا الله ،والله أكبر ،و لا حول ولا قوة إلا بالله
Qalıcı yaxşı əməllər bunlardır: “Sübhanallah” (Allah nöqsanlardan pakdır), “Əlhəmdülillah” (həmd Allaha məxsusdur), “Lâ ilâhə illallah” (Allahdan başqa ibadətə layiq heç kim yoxdur), “Allahu Əkbər” (Allah ən böyükdür) və “Lâ həvlə və lâ quvvətə illâ billâh” (Allahdan başqa heç bir güc və qüvvət yoxdur)