يَقُولُ مِثْلَ مَا يَقُولُ المُؤَذِّنُ إِلاَّ فِي ((حَيَّ عَلَى الصَّلَاةِ وَحَيَّ عَلَى الْفَلَاحِ)) فَيقُولُ: ((لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللَّهِ)).
Müəzzinin dediyini təkrar edirsən, yalnız o “Həyyə ələs-səlah” (və ya) “Həyyə ələl-fəlah” – “namaza gəlin, nicata gəlin” dedikdə, əvəzində belə deyirsən: “Lâ həvlə və lâ quvvətə illâ billâh” – “Allahdan başqa heç bir güc və qüvvət yoxdur.”
يَقُولُ: ((وَأَنَا أَشْهَدُ أَنْ لاَ إِلَهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، رَضِيتُ بِاللَّهِ رَبَّاً، وَبِمُحَمَّدٍ رَسُولاً، وَبِالْإِسْلاَمِ دِينَاً)) ((يَقُولُ ذَلِكَ عَقِبَ تَشَهُّدِ الْمُؤَذِّنِ)).
Müəzzinin şəhadət kəlməsindən dərhal sonra belə deyilir: “Mən də şəhadət gətirirəm ki, tək olan və şəriki olmayan Allahdan başqa ibadətə layiq heç kim yoxdur və Muhəmməd Onun qulu və Elçisidir. Allahı Rəbb, Muhəmmədi Peyğəmbər və İslamı din olaraq bəyənib razı qaldım.”
((يُصَلِّي عَلَى النَّبِيِّ صلى الله عليه وسلم بَعْدَ فَرَاغِهِ مِنْ إِجَابَةِ الْمُؤَذِّنِ)).
Müəzzinin çağırışına cavab verdikdən sonra Peyğəmbərə (s.ə.s.) salavat gətirilməlidir.
يَقُولُ: ((اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ الْقَائِمَةِ، آتِ مُحَمَّداً الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامَاً مَحمُوداً الَّذِي وَعَدْتَهُ، [إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ])).
“Ey Allahım, bu kamil çağırışın və qılınacaq bu namazın Sahibi, Muhəmmədə vəsiləni və fəzilət dərəcəsini ver və onu Sənin ona vəd etdiyin məqamı-məhmuda göndər. Həqiqətən, Sən vədinə xilaf çıxmazsan.” Vəsilə: cənnətdə bir məqam. Fəzilət: yaradılmışların hamısından üstün bir dərəcə. Məqamı-məhmud: bütün yaradılmışların onu mədh edəcəyi, hesab-kitabın tez başa çatması, uzun müddət ayaqda durmaqdan qurtuluş və şəfaət rolu üçün olan məqam.
((يَدْعُو لِنَفسِهِ بَيْنَ الْأَذَانِ وَالْإِقَامَةِ فَإِنَّ الدُّعَاءَ حِينَئِذٍ لاَ يُرَدُّ)).
Azan ilə iqamə arasındakı vaxtda insan özü üçün də dua etməlidir, çünki həmin vaxtda edilən dua rədd olunmur.