Tövbə və bağışlanma diləmək
قَالَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم: ((وَاللَّهِ إِنِّي لأَسْتَغفِرُ اللَّهَ وَأَتُوبُ إِلَيْهِ فِي الْيَوْمِ أَكْثَرَ مِنْ سَبْعِينَ مَرَّةٍ)).
(Allahın Elçisi dedi: “Allaha and olsun ki, mən gündə yetmiş dəfədən artıq Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.)
وَقَالَ صلى الله عليه وسلم: ((يَا أَيُّهَا النَّاسُ تُوبُوا إِلَى اللَّهِ فَإِنِّي أَتُوبُ فِي الْيَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ)).
(O həmçinin dedi: “Ey insanlar, tövbə edin! Həqiqətən, mən gündə yüz dəfə Allaha tövbə edirəm.)
وَقَالَ صلى الله عليه وسلم: ((مَنْ قَالَ أَسْتَغْفِرُ اللَّهَ الْعَظيمَ الَّذِي لاَ إِلَهَ إِلاَّ هُوَ الْحَيُّ القَيّوُمُ وَأَتُوبُ إِلَيهِ، غَفَرَ اللَّهُ لَهُ وَإِنْ كَانَ فَرَّ مِنَ الزَّحْفِ)).
(O həmçinin dedi: “Kim belə desə:(Özündən başqa ibadətə layiq heç kim olmayan, Daimi Diri, Özü-Özünə Qaim və hər şeyin Dayağı olan Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm.) Allah onu, hətta ordunun hücumu zamanı döyüşdən qaçanlardan olsa belə, bağışlayar.)
وَقَالَ صلى الله عليه وسلم: ((أَقْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِي جَوْفِ اللَّيْلِ الآخِرِ فَإِنِ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِي تِلْكَ السَّاعَةِ فَكُنْ)).
(O dedi: “Rəbbin Öz qluna ən yaxın olduğu vaxt gecənin ortasıdır, buna görə də əgər həmin vaxt Allahı zikr edənlərdən ola bilsən, belə ol.)
وَقَالَ صلى الله عليه وسلم: ((أَقْرَبُ مَا يَكُونُ الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ فَأَكثِرُوا الدُّعَاءَ)).
(O həmçinin dedi: “Qulun Rəbbinə ən yaxın olduğu vaxt səcdədə olduğu vaxtdır, buna görə də orada çox dua edin.)
وَقَالَ صلى الله عليه وسلم: ((إِنَّهُ لَيُغَانُ عَلَى قَلْبِي وَإِنِّي لأَسْتَغْفِرُ اللَّهَ فِي الْيَوْمِ مِائَةَ مَرَّةٍ)).
(O həmçinin dedi: “Həqiqətən, qəlbim məşğul olur və mən gündə yüz dəfə Allahdan bağışlanma diləyirəm.)(məşğul olmaq: yəni “qəflət” halına düşmək. Peyğəmbər həmişə Rəbbini zikr etməyi, Allaha yaxınlıq əldə etməyi və Allahı daim yadda saxlamağı artırardı, o dərəcədə ki, bu intensivlik hər hansı bir şəkildə azalsa, bunu günah sayar və dərhal Allahdan bağışlanma diləməyə tələsərdi.)